“Münaqişə nəticəsində Ukrayna digərlərindən daha çox itirəcək, ABŞ və Çin isə bundan faydalanacaq”.
Qaziler.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç “Handelsblatt”a müsahibəsində bildirib.
“Bu müharibədə ən çox uduzanlar, əlbəttə ki, ukraynalılardır. Amma ruslar da, biz avropalılar da uduzuruq. ABŞ və Çin qalibdir. Birincilər enerji bazarında öz mövqelərini gücləndirirlər və indi Çin hər bir Qərb ölkəsinin təcavüzə necə reaksiya verəcəyi barədə aydın təsəvvürə malikdir”, - Serbiya lideri bildirib.
Vuçiç əlavə edib ki, Avropa, onun fikrincə, Ukraynanın münaqişədə qələbəsinə kifayət qədər sərmayə qoymur. Ona görə də münaqişəyə son qoymaq üçün daha rasional yanaşma lazımdır. Serbiya prezidenti iddia edir ki, Çin mümkün danışıqlarda vasitəçi ola bilər.
"Mən sadəcə atəşkəsdən əvvəl nəsə pis bir şeyin baş verə biləcəyindən narahatam", - Vuçiç deyib.
Vuçiç vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin güclü silahlardan istifadə etməyəcəyini düşünənlər yanılır.
QAZİLER.AZ