Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “31 dekabra qatar” adlı yeni Ukrayna komediyasının çəkilişlərində iştirak edib.
Qaziler.az xəbər verir ki, bu haqda aktyor Yuri Qorbunov “İnstagram” səhifəsində bildirib.
O, filmdə rol aldığı üçün britaniyalı siyasətçiyə minnətdarlığını bildirib və zarafatla onu “Consonyuk” adlandırıb.
“Bizim filmimizdə baş rola çəkilməyə razılıq verdiyi üçün Consonyuk adlandırdığımız Boris Consona təşəkkür edirik”, - aktyor yazıb.
Qorbunov Consonun ukraynaca danışdığı foto və videoları da paylaşıb.
QAZİLER.AZ