Bu yaxınlarda Çin daha bir yeni nəsil qırıcını səmaya qaldırdı. J-36 təyinatlı qırıcı JH-XX nümunəsindən kiçik ölçüləri ilə fərqlənir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna “The War Zone” nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, ikinci təyyarənin birincidən qanad dizaynı və mühərriklərin sayı ilə fərqlənməsinə baxmayaraq, çox güman ki, hər iki təyyarə eyni avionikaya və silahlara malik olacaq.
Məlumdur ki, hər iki təyyarə Çinin iki ən böyük təyyarə istehsalı korporasiyası - "Chengdu" (CAC) və "Shenyang" (SAC) tərəfindən hazırlanıb. Onlar ənənəvi konstruksiyadan köklü şəkildə ayrılmağı təmsil edirlər.
Qırıcılardan birinin Qərb kodu JH-XX altında tanınan qırıcı-bombardmançı, ikincisi isə tamamilə yeni döyüş təyyarəsi olduğu ortaya çıxdı. Qərb mənbələri artıq onu J-36 adlandırmağa başlayıblar.
QAZİLER.AZ