Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) Ukraynadakı müharibədə iştirak etdiyi iddia edilən KXDR ordusunun əsgərinin Ukrayna Silahlı Qüvvələrinin əsirliyində öldüyünü bildirib.
Qaziler.az bildirir ki, bu barədə "Yonhap" yazıb.
Qeyd olunur ki, bir döyüşçünün ölümü ilə bağlı məlumat “dost ölkədən” daxil olub.
Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.
"Biz dost ölkənin kəşfiyyat təşkilatından dekabrın 26-da sağ-salamat əsir götürülən Şimali Koreya əsgərinin bir müddət əvvəl öldüyü barədə təsdiq aldıq", - NİS-in bəyanatında deyilir.
QAZİLER.AZ