Estoniya və Finlandiya arasında üç rabitə kabeli zədələnib

Estoniya və Finlandiya arasında üç rabitə kabeli zədələnib backend

Finlandiya körfəzində Estoniya ilə Finlandiya arasında daha üç rabitə kabeli zədələnib.

Qaziler.az bildirir ki, bu barədə “Postimees” məlumat yayıb.

Qeyd olunur ki, dekabrın 25-də axşam saatlarında Estoniyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və Texniki Nəzarət Departamentinə Estoniya ilə Finlandiya arasında üç dəniz rabitə kabelinin zədələnməsi barədə məlumat daxil olub. Onlardan ikisi “Elisa” konserninə, digəri isə “CITIC Telecom” şirkətinə məxsusdur. Zərərin səbəbi məlum deyil. Estoniya və Finlandiya arasında bütün xidmət və kommunikasiyaların kəsilmədiyi vurğulanır.

Bir gün əvvəl Estoniya ilə Finlandiya arasında “EstLink 2 DC” kabelində qəza baş verib. Finlandiya prezidenti Aleksandr Stubb Rusiyanı “EstLink 2” kabelinin kəsilməsində iştirak etməkdə ittiham edib.

QAZİLER.AZ

Diaspora