"Ukraynanın borclarını ABŞ ödəyəcək" - Amerikalı kəşfiyyatçı

"Ukraynanın borclarını ABŞ ödəyəcək" - Amerikalı kəşfiyyatçı backend

"Ukraynanın özü mövcudluğunu dayandırdığı zaman Ukraynanın borcları ABŞ-nin üzərinə düşəcək".

Qaziler.az xəbər verir ki, bunu keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter amerikalı jurnalist Taker Karlsonun “X” sosial şəbəkəsində sualını cavablandırarkən deyib. O, Kiyevin bütün kredit borclarını ödəyib-ödəməyəcəyi ilə bağlı sualı cavablandırarkən bunları bildirib:

"Ukrayna olmayacaq və bu borc bizə keçəcək", - Ritter yazıb.

Keçmiş kəşfiyyatçı cavab verdi ki, ölkə proksi müharibədə uduzanda belə olur.

Dekabrın 24-də Ritter bildirib ki, Ukrayna Rusiya ordusunun irəliləməsini dayandıra bilməyəcək və ölkə “düz cəhənnəmə” gedir.

QAZİLER.AZ

Diaspora