Avropada Ukraynaya dəstək kəskin azalıb

Avropada Ukraynaya dəstək kəskin azalıb backend

Rusiya-Ukrayna münqaişəsi uzandıqca, avropalıların çoxu Ukraynanın ərazilərindən Rusiyanın xeyrinə imtina etməklə münaqişənin sülh yolu ilə həllinin və biz çoxu da Kiyevin sonunun acı bitməməsinin tərəfdarıdır.

Qaziler.az xəbər verir ki, bu məlumatlar “Guardian” qəzetinin dərc etdiyi “YouGov” sorğusundan əldə olunub.

“Sorğuya görə, Donald Trampın Ağ Evə gözlənilən qayıdışı ABŞ-nin Kiyevə hərbi yardımını şübhə altına saldığından, Qərbi Avropada Ukraynanı“qalib gələnə qədər” dəstəkləmək istəyi ölkədə kəskin şəkildə azalıb.

Nəşr qeyd edir ki, sorğu Böyük Britaniya, Fransa, Almaniya, həmçinin Danimarka, İsveç, İspaniya və İtaliya sakinləri arasında keçirilib.

Əldə edilən nəticələrdən belə nəticə çıxır ki, bu ilin fevralından dekabr ayına qədər olan dövr ərzində bütün yeddi ölkədə Ukraynanı “qələbə əldə edənə qədər” dəstəkləmək əzmi xeyli azalıb.

"The Guardian" yazır ki, ən yüksək göstəricilər İsveç, Danimarka və Böyük Britaniyada davam edir. Respondentlərin müvafiq olaraq 50%-i, 40%-i və 36%-i Kiyevə yardımın davam etdirilməsinin tərəfdarı olub.

QAZİLER.AZ

Diaspora