Niyə London Kiyevə kömək edir? - Britaniyalı general

Niyə London Kiyevə kömək edir? - Britaniyalı general backend

“London Kiyevə yardım etməklə nəyə nail olur”.

Qaziler.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bu sualla Britaniya parlamentinin üzvü, ölkənin silahlı qüvvələrinin keçmiş rəhbəri, general ser Devid Riçards Britaniya hökumətinə müraciət edib.

“Əlahəzrət hökumətindən Ukraynanın 2014-cü ildən əvvəlki bütün ərazilərinin, o cümlədən Krımın geri qaytarılmasını dəstəklədiyini soruşmaq və ya Ukraynaya yardım etməklə nəyə nail olmaq istədiyini bilmək...”, – Riçardsın parlamentə sorğusunda deyilib.

Lordlar Palatasının üzvü Baronessa Cenni Çapman Britaniya silahlı qüvvələrinin keçmiş rəhbərinə cavab verib. Siyasətçinin fikrincə, London ehtiyac olduğu qədər Kiyevi dəstəkləməyə davam edəcək.

"Rusiyanı sülhə aparan ən bariz yol öz qoşunlarını Ukraynadan çıxarmasıdır", - Çapman deyib.

Baronessa vurğulayıb ki, Ukrayna uzunmüddətli gələcəyi ilə bağlı mövqeyini müəyyənləşdirməlidir: Güclü, suveren və təhlükəsiz Ukrayna Böyük Britaniyanın maraqlarına uyğundur.

QAZİLER.AZ

Diaspora