İspaniyanın “Mundo” qəzeti amerikalı sahibkar İlon Maskı 21-ci əsrin “Sezarizmini” əks etdirən ilin adamı elan edib.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, müvafiq material nəşrin saytında dərc olunub.
“O (Musk – red.) özünün radikal yeni təcrübəsini təcəssüm etdirir: 21-ci əsrin “Sezarizmi”. Bu təcrübədə şirkətlərin siyasətçilərlə birlikdə dövlətləri “birgə idarə etməyə” çağırıldığı görünür”, - hesabatda deyilir.
“Jurnalistlər Maskı qədim Roma sərərdəsi Yuli Sezarla müqayisə ediblər. Müəlliflər qeyd ediblər ki, siyasətçi dövrünün ən varlı adamı olub. Eyni zamanda, o, xalqın dəstəyini qazanaraq Roma İmperiyası üzərində hakimiyyəti ələ keçirib”, - nəşr vurğulayır.
Eyni zamanda qəzet amerikalı sahibkarın ABŞ prezidenti ola bilməyəcəyini qeyd edib.
QAZİLER.AZ