Abdullah Öcalan Yunanıstandan 20 min avro tələb edir

Abdullah Öcalan Yunanıstandan 20 min avro tələb edir backend

PKK terror təşkilatının lideri Abdullah Öcalanın Yunanıstan dövlətinə qarşı qaldırdığı məhkəmə iddiası üzrə proses bu gün başlayır. Lent.az Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, İmralı adasındakı həbsxanada saxlanılan Öcalan yunanları onu Türkiyəyə ekstradisiya edərkən qanunsuzluqlara yol verməkdə təqsirləndirir və təzminat tələb edir.


Öcalan iddia edir ki, həmin dönəmin, yəni 1999-cu ilin yunan hökuməti ona yanıldıcı vədlər verib və aldadaraq Türkiyəyə təslim edib.

Qeyd edək ki, A.Öcalanın vəkilləri Yunanıstanı ilk olaraq 2008-ci ildə məhkəməyə verib və proses bugünədək uzanıb. Vəkillər bildirirlər ki, A.Öcalanın həbs edilərək Türkiyəyə gətirilməsində tək Yunanıstan məsuliyyət daşımır. Onların ilk olaraq Yunanıstanı məhkəməyə vermələrinin səbəbi isə bu ölkənin terror təşkilatının rəhbərini aldatması olub.

Qeyd edək ki, A.Öcalan məhkəmə prosesini qazansa, Yunanıstan hökuməti ona 20 min 100 avro təzminat ödəməli olacaq.
Diaspora