Husilər Təl-Əvivə və Aşkelona pilotsuz təyyarələrlə hücum edib

Husilər Təl-Əvivə və Aşkelona pilotsuz təyyarələrlə hücum edib backend

Yəmən husiləri Təl-Əviv və Aşkelona pilotsuz təyyarələrlə zərbələr endirib.

Qaziler.az bildirir ki, husilərin hərbi sözçüsü Yəhya Sariya bu barədə dekabrın 25-də "Al Masirah" telekanalında məlumat verib.

“Yəmən Silahlı Qüvvələrinin pilotsuz sistem qoşunları iki hərbi əməliyyat keçirib, onlardan birincisi işğal olunmuş Yaffa bölgəsində İsrailin kritik düşmən qurğusunu hədəf alıb. İkinci əməliyyatda İsrail rəqibinin işğal altında olan Aşkelon bölgəsindəki sənaye zonası hədəf alınıb”, - Husi sözçüsü bildirib.

Bildirilir ki, əməliyyat zamanı bütün məqsədlərə nail olunub.

QAZİLER.AZ

Diaspora