NATO ABŞ olmadan Avropanı Rusiyadan qoruya bilməyəcək - "The Independent"

NATO ABŞ olmadan Avropanı Rusiyadan qoruya bilməyəcək -  "The Independent" backend

Alyansın aparıcı liderləri ABŞ olmadan Avropanı Rusiyadan müdafiə edə bilməyəcəklərindən narahatdırlar. Bu baxımdan Ukraynanın Rusiya üzərində qələbəsi indi onlar üçün həyati əhəmiyyət kəsb edir.

Qaziler.az bildirir ki, bu barədə "The Independent" xəbər verir.

Latviya, Estoniya və Finlandiya liderləri alyansı Rusiyadan gələn təhlükə ilə necə mübarizə aparacağına dair “sonsuz debatlara” son qoymağa çağırıb və bildiriblər ki, Avropanın müdafiəsini gücləndirməyin vaxtı çatıb.

Onlar deyirlər ki, NATO ABŞ-ın köməyi olmadan Rusiya prezidenti Vladimir Putinlə döyüşməyə “hazır deyil”.

“Biz hazır deyilik... Biz sadəcə olaraq ABŞ-ın Avropada fəal iştirak edəcəyi bir vəziyyətə ümid edə bilmərik”, - Latviya prezidenti Edqars Rinkeviç bildirib.

Estoniyanın baş naziri Kristen Mixal əlavə edib ki, NATO ölkələri öz müdafiə imkanlarını artırmalıdır.

Finlandiya, Estoniya və Latviya da ümumi daxili məhsula (ÜDM) nisbətdə NATO-nun ən çox müdafiə xərcləyən ölkələri sırasındadır.

QAZİLER.AZ

Diaspora