Pakistan Əfqanıstanın şərqindəki Paktika əyalətinə bir sıra hava zərbələri endirib. Hücum zamanı əksəriyyəti qadın və uşaqlar olmaqla azı 46 nəfər həlak olub.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” agentliyi Əfqanıstanda hakim “Taliban”a istinadla məlumat yayıb.
Əfqanıstanın Xarici İşlər Nazirliyi bildirib ki, Pakistan döyüş təyyarələrinin bombardmanı ilə bağlı İslamabada rəsmi etiraz notası çatdırmaq üçün Pakistanın Kabildəki missiyasının rəhbərini çağırıb və diplomata bu cür hərəkətlərin nəticələri barədə xəbərdarlıq edib.
Milli Müdafiə Nazirliyinin sözçüsü Enayatullah Xurazmi açıqlamasında Əfqanıstanın Pakistanın hərəkətlərini cavabsız qoymayacağını vurğulayıb: "Əfqanıstan bu qəddar hərəkəti bütün beynəlxalq prinsiplərin kobud şəkildə pozulması və açıq-aşkar təcavüz aktı hesab edir".
QAZİLER.AZ