Dekabrın 24-də Londonda Anqlikan kilsəsinin üzvləri Milad bayramını qeyd edərkən, naməlum şəxs avtomobili gecə klubunun qarşısındakı insanların üzərinə sürüb.
Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazır.
Nəşrin məlumatına görə, avtomobil qarşıdan gələn zolağa, daha sonra səkiyə çıxıb və dörd nəfəri vurub. Hadisə zamanı zərərçəkənlər xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır. Ölkə polisi isə 31 yaşlı kişini həbs edərək araşdırmalara başlayıb.
Ehtimal olunur ki, şübhəli şəxs kiminləsə mübahisə etdikdən sonra maşını səkiyə doğru sürüb. Hüquq-mühafizə orqanları hadisənin terrorla əlaqəsi olmadığını bildirib.
QAZİLER.AZ