Belçikada meymun çiçəyi virusunun yeni variantı Vallon bölgəsindəki bir xəstədə aşkar edilib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Belçikanın Sciensano səhiyyə institutunun verdiyi açıqlamaya görə, meymun çiçəyi virusunun yeni variantı ilk dəfə ölkənin fransızdilli Valoniya bölgəsində bir xəstədə aşkar edilib.
Açıqlamada xəstənin Afrikada virus əlamətləri göstərən şəxslə cinsi əlaqə nəticəsində yoluxduğu və həmin şəxsin diaqnozdan əvvəl özünü təcrid etdiyi bildirilib.
Açıqlamada, ölkə daxilində görülən tədbirlər nəticəsində virusun ümumi əhali üçün aşağı riskli olmağa davam etdiyi açıqlanıb. Belçikada aşkar edilən variantın əvvəlki variantlardan daha yoluxucu olduğu bildirilib.
Meymun çiçəyi virusu avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət" elan edilib.
Virus əvvəllər Almaniya, İsveç, İngiltərə, ABŞ və bəzi Asiya ölkələrində müşahidə edilib.
QAZİLER.AZ