Latviya bir il ərzində sərxoş sürücülərdən müsadirə edilən 600-dən çox avtomobili Ukraynaya verib

Latviya bir il ərzində sərxoş sürücülərdən müsadirə edilən 600-dən çox avtomobili Ukraynaya verib backend

Latviya sərxoş sürücülərdən müsadirə edilən 612 avtomobili Ukraynaya təhvil verib. Yardımın məbləği təxminən 2,25 milyon avro təşkil edir.

Qaziler.az bildirir ki, bu barədə  “Delfi” məlumat yayıb.

Xatırlatmaq istərdik ki, bu il fevralın əvvəlində Latviya Seymi “Ukrayna mülki əhalisinin dəstəklənməsi haqqında” qanuna təcili düzəlişləri yekdilliklə qəbul edib. Bu düzəlişlər Latviya dövlətinə məxsus avtomobillərin Ukraynaya verilməsinə imkan yaradıb.

Siyahıya sərxoş halda sükan arxasına keçən sürücülərdən müsadirə edilən nəqliyyat vasitələri də yer alıb.

Qanunda yuxarıda göstərilən dəyişikliklərin qüvvəyə mindiyi gündən hökumət müsadirə olunmuş avtomobillərin Ukraynaya verilməsi ilə bağlı bir sıra qərarlar qəbul edib.

QAZİLER.AZ

 

Diaspora