Böyük Britaniyanın baş naziri Kir Starmer gələn ilin xüsusilə Yaxın Şərqə daha çox sülh gətirəcəyinə ümid etdiyini bildirib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Leyboristlər Partiyası liderinin hökumət başçısı kimi ilk Milad mesajında deyilir.
“Bu Milad bayramında mən sülhə ümid edəcəm, xüsusən də Milad hekayəsinin yarandığı Yaxın Şərqdə. Mən hər bir kəsin daha yaxşı, daha parlaq gələcyi üçün çalışacağam və Milad bayramının gətirdiyi sevinc və möcüzəni bayram edəcəyəm”, - “Sky News” siyasətçinin sözlərindən sitat gətirib.
QAZİLER.AZ