Serbiyanın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib

Serbiyanın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib backend

Serbiya iki ildən çox müddətdən sonra Kiyevdəki səfirliyini yenidən açıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Mişşenko Serbiya Respublikasının Ukraynadakı səfiri Andon Sapundjinin etimadnaməsinin surətlərini qəbul edib. Aleksandr Mişşenko diplomatı Ukraynadakı missiyasının başlaması münasibətilə təbrik edib”, - məlumatda deyilir.

Serbiya səfirliyi 2022-ci il martın əvvəlində Ukraynadan təxliyə edilib. Diplomatik və konsulluq nümayəndəliyinin əməkdaşları Belqrada təxliyə edilib və oradan öz vəzifələrini yerinə yetirməyə davam ediblər.

QAZİLER.AZ

Diaspora