Kuleba: Sülhməramlılar göndərmək əvəzinı, Ukraynaya pul verin

Kuleba: Sülhməramlılar göndərmək əvəzinı,  Ukraynaya pul verin backend

“Kiyevin müttəfiqləri respublika ərazisində potensial olaraq sülhməramlı kontingent yerləşdirmək əvəzinə, bu vəsaiti Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin silahlanmasına sərf etməlidir”.

Qaziler.az xəbər verir ki, bu fikirləri Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba bildirib. Onun sözlərini “Ukrinform” sitat gətirib.

“Burada mənim mövqeyim çox sadədir: Ukraynanı dəstəkləmək üçün pulları olmadığından şikayətlənən, lakin eyni zamanda sülhməramlı kontingentə on milyardlarla dollar və avro verməyə hazır olan ölkələr, daha yaxşı olar ki, pulların yarısını Ukraynaya versinlər, yarısını da silah istehsalına  yatırsınlar”, - deyə Kuleba bildirib.

QAZİLER.AZ

Diaspora