Maya Sandu dekabrın 24-də Moldova prezidenti vəzifəsinin icrasına başlayıb.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, inauqurasiya mərasimini “Moldova 1” telekanalı yayımlayıb.
“Moldova Respublikasının firavanlığı naminə bütün qüvvəmi və bacarığımı verməyə, ölkənin konstitusiyasına və qanunlarına əməl etməyə, demokratiyanı, əsas insan hüquq və azadlıqlarını müdafiə etməyə and içirəm...”, - Maya Sandu andiçmə mərasimində mətni oxuyub.
Moldova prezidenti and içməyi başa vurduqdan sonra Konstitusiya Məhkəməsinin sədri Domnika Manole Maya Sandunun dövlət başçısı vəzifəsinə rəsmi qəbul olunduğunu elan edib.
QAZİLER.AZ