"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada hakim elitanı dəyişməyə çalışacaq".
Qaziler.az xəbər verir ki, bu fikirləri amerikalı politoloq Dmitri Drobnitski “KP.RU” ilə söhbətində bildirib. Onun sözlərinə görə, bu tədbirlər heç nəyə təsir etməyəcək.
Politoloq qeyd edib ki, danışıqlar prosesinin ilk pozulmasında Tramp Kiyevin dəstəyini Avropa ölkələrinə ötürəcək. Bundan əlavə, o, Avropanın indiki elitasını bəyənmir, çünki onlar Trampın zəhləsi getdiyi Amerika Demokrat Partiyasından olan liberalları dəstəkləyirlər. Odur ki Trampın təklifini imtina etsələr, yeni prezident emissiyanı söndürəcək və avronun çökməsinə səbəb olacaq.
“Növbəti addım Kiyevdə hakim elitanı dəyişmək cəhdi olacaq - daha çox Trampa yaxın olana... Lakin çox tez aydın olacaq ki, bu dəyişiklik vaxt itkisidir”, - Drobnitski qeyd edib.
QAZİLER.AZ