Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayrıca görüş nəzərdə tutulmayıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.O, qeyd edib ki, iki ölkənin liderləri lazım gələrsə, danışa biləcəklər.
“Ayrı bir planımız yoxdur. Lakin lazım gələrsə, onların danışmaq imkanı olacaq”, - Peskov bildirib.
Paşinyan bundan əvvəl demişdi ki, Ermənistanın sovet sərhədlərindən imtina etməsi ölkənin suverenliyindən imtina etmək deməkdir. O qeyd edib ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi İrəvan üçün mühümdür və dövlət buferidir.
QAZİLER.AZ