Tayvan dron sənayesinin mərkəzi olmağa hazırlaşır

Tayvan dron sənayesinin mərkəzi olmağa hazırlaşır backend

Tayvan tezliklə Çzyai qraflığında pilotsuz uçuş aparatlarının (PUA) inkişafı və istehsalı üçün yeni böyük sınaq mərkəzi quracaq.

Qaziler.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə ölkənin Sənaye İnkişafı Administrasiyasının baş direktorunun müavini Tsou Yu-hsinin jurnalistlərə verdiyi məlumata görə, Tayvan istehsalçıları qlobal dron bazarında öz paylarını artırmaq niyyətindədirlər.

“Çzyai yaxşı istehsal bazasına malik olduğu üçün PUA sənayesinin mərkəzi olmağa hazırdır. İndi sınaq üçün böyük uçuş-enmə zolaqları olan iri obyektə ehtiyacımız var”, - deyə “Focus Taiwan” xəbər agentliyi rəsminin sözlərindən sitat gətirib.

“Buna görə də biz pilotsuz təyyarələrin istehsalını artırmaq üçün daha böyük sınaq mərkəzi tikməyi planlaşdırırıq”, - o əlavə edib.

QAZİLER.AZ

Diaspora