Türkiyə ABŞ-la Yaxın Şərq üçün danışıqlar aparacaq və ortaq planlar hazırlayacaq.
Qaziler.az xəbər verir ki, bu barədə Türkiyənin “Ekonomim” qəzeti yazıb.
Materialda qeyd olunur ki, son vaxtlara qədər Türkiyə hakimiyyəti regionun bir neçə ölkəsi ilə eyni vaxtda fəaliyyət göstərib.
“Lakin indi ABŞ-la ortaq planlar və ya hesablaşmalarla bağlı vəziyyət yaranıb. Şübhəsiz ki, proseslər bəzən bloklanacaq. Amma ümumilikdə birgə fəaliyyətin əsası pozulmayacaq”, - deyə müəllif proqnozlaşdırır.
QAZİLER.AZ