Moldova Rusiyanı zəiflətmək üçün hərbi əməliyyatlara başlayır

Moldova Rusiyanı zəiflətmək üçün hərbi əməliyyatlara başlayır backend

“Qərb Moldova prezidenti Maya Sandunun əli ilə Dnestryanıda hərbi əməliyyata başlamaqla Rusiyanı zəiflətmək istəyir”.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Rusiyada hərbi politoloq Aleksandr Perendjiyev deyib. Ekspert vurğulayıb ki, siyasətçinin özünün belə bir planla çıxış etməsi ehtimalı azdır.

“Maya Sandu Dnestryanı ərazisində yerləşən su elektrik stansiyasına hərbi yolla hücum etmək istəyir. Onun bu qədər qətiyyətli qadın olduğuna inanmıram. Çox güman ki, kimsə artıq bu məsələdə ona kömək vəd edib. Məsələ burasındadır ki, bu ilk növbədə Rusiyaya müəyyən şantajdır: yəni ya qazı bizə pulsuz verin, ya da biz sizə problem yaradacağıq, ilk növbədə hərbçilərlə...”, - Perendjiyev izah edib.

Politoloq aydınlıq gətirib ki, Sandu ilk dəfə deyil ki, belə planlar həyata keçirir. Onun sözlərinə görə, moldovalı siyasətçi Rusiyaya sadiq olan insanları cəbhəyə göndərməyə cəhd edə bilər. Ekspert xatırladıb ki, Ukrayna da analoji şəkildə hərəkət edir, əsasən ölkənin şərq hissəsinin sakinlərini döyüş bölgəsinə göndərir.

“Daha iki hadisəni qeyd etmək vacibdir. Əvvəlcə ABŞ dedi ki, amerikalılar Belarusu tərk etməlidirlər. İkincisi, Robert Fitsonun (Slovakiyanın baş naziri) Moskvaya səfəridir. Bütün bunlar Qərbin yeni qaynar nöqtələr, yeni münaqişələr yaratmağa davam etdiyini göstərir. Təbii ki, bu münaqişələr Rusiya üçün yeni problemlər yaradacaq ki, biz öz resurslarımızı xərcləyək”, - deyə politoloq qeyd edib.

QAZİLER.AZ

Diaspora