“Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə danışıqlar qaçılmazdır”.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Zelenski ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko telemarafonda bildirib.
Onun sözlərinə görə, bu, ABŞ-dakı siyasi dəyişikliklərlə bağlıdır.
“Biz başa düşürük ki, danışıqlar qaçılmazdır və Ukrayna bu danışıqlarda güclü olmalıdır”, - deyə Leşşenko bildirib.
Qeyd edək ki, bir müddət əvvəl “El Pais” qəzeti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskiyə məktub göndərərək, onu Rusiya Federasiyası ilə atəşkəs barədə düşünməyə çağırdığını yazıb. Bundan əlavə, o, Ukrayna prezidentinə Rusiyanın işğal etdiyi ərazilərdən imtina etməyə razılıq verməyi tövsiyə edib.
QAZİLER.AZ