“Audi” 3D printerlə mini avtomobil çap etdi

“Audi” 3D printerlə mini avtomobil çap etdi backend

“Audi” şirkəti 3D printerin köməyi ilə “Grand Prix” (1936) idman avtomobilinin mini modelini çap edib. İKT.lent.az-ın “Mashable.com” saytına istinadən verdiyi məlumata görə, metaldan hazırlanan sportkarın ölçüsü real modelin yarısı boydadır. Avtomobilin kiçik surətinin hazırlanması yeni 3D printerin təkmil səviyyəsini göstərir. Lakin hələlik o, tam ölçülü avtomobil çap edə bilmir. Printer ayrı-ayrı detalların yaradılması üçün idealdır. Bu printerdə əvvəl istehsalı çətin və ya qeyri-praktik olan, çox əmək tələb edən girintili-çıxıntılı, əyri-üyrü detallar da hazırlamaq mümkündür.

“Audi” 3D printeri seriya buraxılışlarda tətbiq etməyə hazırlaşır. Hələlik bu printerdə məsələn, “Audi A4” sedanı çap etmək mümkün deyil, lakin onun gövdəsinə kəskin konturlar əlavə etmək olar.
Diaspora