“Drujba” kəməri ilə Rusiyadan Macarıstana neft nəqli bərpa edilib.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto məlumat verib.
“Drujba” neft kəməri ilə Macarıstana neft tədarükü bərpa olunub. Macarıstanın enerji təchizatı təhlükəsizlikdədir”, - Siyarto bildirib.
Qeyd edək ki, texniki nasazlıqlar səbəbindən dekabrın 19-dan Rusiyadan “Drujba” kəməri ilə Çexiya, Macarıstan və Slovakiyaya neft nəqlinin dayandırılması barədə məlumat yayılmışdı.