Bazarda 55 saat işləyən ən uzunömürlü telefon AÇIQLANDI

Bazarda 55 saat işləyən ən uzunömürlü telefon AÇIQLANDI backend

DxOMark mütəxəssisləri Honor X9c smartfonunun avtonomiyasını sınaqdan keçirib və onu ən uzunömürlü qurğular reytinqində birinci yerə layiq görüblər.

Honor X9c 66 Vt sürətli enerji doldurmanı dəstəkləyən 6600 milliamper/saat tutumlu akkumulyator, 2700x1224 təsvir ölçülü və 120 Hz təzələnmə tezliyinə malik 6,78 düymlük OLED ekran, həmçinin Qualcomm Snapdragon 6 Gen 1 çipi ilə təchiz edilib.

QAZÍLER AZ  Lent.az-a istinadla bildirir ki, sınaqların nəticələrinə görə, smartfon gündə 7 saat intensiv istifadə etməklə bir dəfə enerji ilə 55 saat işləyib. Orta rejimdə gündə 4 saatdan istifadə etməklə cihaz 89 saat, qənaətli rejimdə isə sutkada 2,5 saat 128 saat fəaliyyət göstərib.

DxOMark testlərində Honor X9c aşağıdakı nəticələr göstərib: oyunlarda 15 saat 25 dəqiqə, videoya baxarkən 29 saat 2 dəqiqə və telefon danışığında 42 saat 23 dəqiqə.

Doldurma müddətinə gəlincə, nəticələr layiqli olsa da, rekord qıran deyil: tam doldurma 70 dəqiqə çəkəcək. Ekspertlər həmçinin göstərilən və faktiki şarj səviyyələri arasında uyğunsuzluğu qeyd ediblər. Şarjın 15,8 faizini ölçərkən sistem 20 faizini göstərib.

Diaspora