Səfir: Gürcüstanda hökumət əleyhinə aksiya iştirakçılarının bir qismi polisə qarşı toqquşmalara hazır idi

Səfir: Gürcüstanda hökumət əleyhinə aksiya iştirakçılarının bir qismi polisə qarşı toqquşmalara hazır idi backend

Gürcüstanda hökumət əleyhinə aksiya iştirakçılarının bir qismi dinc aksiya çərçivəsindən çıxaraq polisə qarşı toqquşmalara hazır idilər. İstintaq zamanı radikal qrupların polisə qarşı toqquşmalar üçün müxtəlif vasitələrə malik olduqları aşkarlanıb.

QAZÍLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, bu sözləri Gürcüstanın Sloveniyadakı səfiri Kote Surquladze deyib.

Gürcüstanda baş verən proseslərdən danışan diplomat bildirib ki, bəzi qeyri-hökumət təşkilatlarının və onları maliyyələşdirənlərin Gürcüstanın siyasi həyatına müdaxilə etdiklərinə dair çoxsaylı sübutlar mövcuddur.

Surquladzenin qiymətləndirməsinə görə, seçkilərin nəticələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ODIHR) və Gürcüstanın Konstitusiya Məhkəməsi tərəfindən tanınıb. Seçkilər bütün siyasi rəqiblər üçün rəqabətli və legitim hesab edilib, hər hansı qanun pozuntusu və ya qeyri-legitimliyə işarə edən sübut yoxdur.

O deyib ki, zorakılığın eskalasiyası əvvəlcədən planlaşdırılmışdı, çünki radikal qruplar əvvəlcədən müxtəlif vasitələr əldə edib ofislərində saxlayırdılar. Bu da polisin apardığı axtarışlar nəticəsində təsdiqlənib.

 

 

Diaspora