Yaponiyada atom elektrik stansiyalarının yanında çadırlar qurulacaq

Yaponiyada atom elektrik stansiyalarının yanında çadırlar qurulacaq backend

Yaponiya hökuməti atom elektrik stansiyalarına yaxın ərazilərdə yerli orqanları xüsusi şişmə çadırlarla təmin etmək niyyətindədir.

QAZÍLER.AZ  APA-ya istinaden xəbər verir ki, atom elektrik stansiyasında baş verəcək qəza nəticəsində kütləvi şəkildə sızma halı olarsa, bu çadırlar insanları radioaktiv hissəciklərdən müvəqqəti qorumağa qadirdir. Çadırların uzunluğu 10 metr, eni isə 8 metrdir və 40 nəfərə qədər yerləşə bilər.

Tərtibatçıların fikrincə, çadırlar nüvə reaktorunda baş verən partlayış nəticəsində atmosferə buraxılan radioaktiv hissəciklərin nüfuzunun qarşısını alacaq.

Çadırların binaların içərisində, məsələn, idman salonlarında quraşdırılması nəzərdə tutulur. Onlar insanları yalnız bir neçə gün qoruya biləcəklər, bundan sonra əhalini daha təhlükəsiz ərazilərə təxliyə etməli olacaqlar.

Diaspora