Panama kanalına nəzarəti ABŞ-a qaytarmaq istəyir

Panama kanalına nəzarəti ABŞ-a qaytarmaq istəyir backend

Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalının yenidən ABŞ-nin mülkiyyətinə keçə biləcəyini açıqlayıb.

QAZÍLER.AZ “Qafqazinfo”-ya istinaden xəbər verir ki, Tramp bu haqda özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

Siyasətçinin sözlərinə görə, Panama tərəfindən kanaldan keçid üçün alınan rüsum, xüsusən də ABŞ-nin göstərdiyi səxavət nəzərə alınmaqla, “sadəcə gülüncdür”.

Onun fikrincə, Panama kanalı ölkənin iqtisadiyyatında və milli təhlükəsizliyində oynadığı rola görə ABŞ üçün həyati əhəmiyyət kəsb edir. Tramp həmçinin kanalın transferi müqaviləsinin şərtlərinə zidd olsa da, Çinin Panama kanalından istifadəni davam etdirməsindən narazılığını bildirib.

Diaspora