“Heyət Təhrir əl-Şam” qruplaşmasını lideri Əbu Məhəmməd Əl-Colani gündəm olan qalmaqallı foto məsələsinə aydınlıq gətirib.
QAZÍLER.AZ Lent.az-a istinadla bildirir ki, söhbət Colaninin onunla şəkil çəkdirmək istəyən qadına “Əvvəlcə başını ört” deməsindən gedir. Colani bununla bağlı BBC-yə bildirib ki, qadını buna məcbur etməyib:
“Onu məcbur etmədim. Ancaq fotolarımın mənə uyğun olmasını istəyirəm. Bu mənim haqqımdır”.
Qeyd edək ki, onun qadına başını ört deməsindən sonra bir çoxları Suriyada şəriət rejiminin qurulacağını iddia edib.
