ABŞ Suriyada İŞİD liderini zərərsizləşdirdiyini bildirib

ABŞ Suriyada İŞİD liderini zərərsizləşdirdiyini bildirib backend

Amerika Birləşmiş Ştatları Suriyadakı hava zərbəsi nəticəsində "İslam Dövləti"nin lideri Əbu Yusifin məhv edildiyini elan edib. Əməliyyat dekabrın 19-da aparılıb.

Qaziler.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Twitter-ində məlumat verilib.

Amerika nəşri bildirib ki, İŞİD lideri dəqiq aviazərbə ilə Suriyanın Deyr əz-Zor əyalətinə endirilən zərbə nəticəsində məhv edilib.Orada həmçinin daha bir terrorçu da olub.

"Zərbə əvvəllər Suriya rejiminin və rusiyalıların nəzarət etdiyi rayona endirilib", - məlumatda deyilir.

QAZİLER.AZ

 

Diaspora