Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən 1 milyard dollar alacaq

Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən 1 milyard dollar alacaq backend

Ukrayna Rusiya Federasiyasının dondurulmuş aktivlərindən ilk dəfə olaraq 1 milyard dollar almağa imkan verən yekun sazişlər imzalayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal öz teleqram kanalında məlumat verib.

O qeyd edib ki, Rusiya Federasiyasının dondurulmuş aktivlərinin istifadəsi mexanizmi çərçivəsində Dünya Bankı tərəfindən 1 milyard dollar geri qaytarılmayan qrant şəklində ayrılacaq. Dünya Bankı həmçinin Böyük Britaniya və Yaponiyanın zəmanəti ilə daha 1,05 milyard dollar kredit verəcək.

QAZİLER.AZ

Diaspora