Rusiya Ukrayna münaqişəsində ölən 42 hərbçinin cəsədini geri alıb.
Qaziler.az xəbər verir ki, bu sözləri Dövlət Dumasının deputatı, parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şəmsail Sarəliyev RBK-ya müsahibəsində deyib.
Qarşılıqlı mübadilə zamanı Ukrayna tərəfi də 503 əsgərinin cəsədini təhvil alıb.
Sarəliyev qeyd edib ki, mübadilə dekabrın 20-də baş tutub. Ukraynanın hərbi əsirlərin koordinasiya qərargahının məlumatına görə, Donetsk istiqamətindən 403, Luqansk istiqamətindən 12, Zaporojye vilayətindən 57 cəsəd, qalan meyitlər isə Rusiya ərazilərindəki morqlardan qaytarılıb.
QAZİLER.AZ