Ukrayna daha 503 əsgərinin nəşini geri aldığını açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb. Məlumatı Ukrayna Əsirlərinin Müalicəsi üzrə Koordinasiya Qərargahı təsdiqləyib.
Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova dekabrın 9-da bildirib ki, Rusiya 2024-cü ilin yanvarında Belqorod vilayətində “İl-76” hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi əsirlərin cəsədlərini Ukraynaya təhvil verib.
Qeyd edək ki, 2024-cü il yanvarın 24-də Belqorod vilayətinin Yablonovo kəndi yaxınlığında Rusiyanın “İl-76” hərbi-nəqliyyat təyyarəsi vurulub. Təyyarədə Rusiyanın qarşı tərəfə təhvil verəcəyi ukraynalı əsirlər olub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə ümumilikdə Ukrayna Silahlı Qüvvələrinə məxsus 65 əsgər, 6 ekipaj üzvü və üç müşaiyətçi olub.
QAZİLER.AZ