NATO-nun Ukraynadakı nümayəndəsi Patrik Törner 2025-ci ildə alyansın respublika ərazisində mövcudluğunun gücləndiriləcəyini açıqlayıb.
Qaziler.az bildirir ki, onun sözlərini “İnterfaks-Ukrayna” sitat gətirib.
Törner qeyd edib ki, NATO Ukraynada 26 ildir ki, bu və ya digər formada mövcuddur. O, 2024-cü ildə NATO-nun mövcudluğunun üç dəfə artdığını və alyansın gələn il onu daha da gücləndirməyi planlaşdırdığını vurğulayıb.
"Məqsəd NATO və Ukrayna arasında bütün çox vacib məsələləri təmsil etməkdir, ona görə də bizim əhəmiyyətli iştiraka ehtiyacımız var", - Törner deyib.
QAZİLER.AZ