Türkiyə Müdafiə Sənayesi Dəstək Fonduna rekord məbləğdə vəsait ayrılır.
Bu barədə milli müdafiə naziri Yaşar Gülər Türkiyə Böyük Millət Məclisində layihənin müzakirəsi zamanı məlumat verib.
Qeyd olunub ki, 2025-ci ildə sözügedən təşkilatın müdafiə və təhlükəsizlik xərcləri üçün 1 trilyon 608 milyard türk lirəsi (təxminən 45 milyard dollar) ayrılması nəzərdə tutulub.
Nazir xərclərin rekord həddə çatdırılmasının xarici asılılığı minimuma endirmək məqsədi daşıdığını vurğulayıb.