Nigeriyada məktəb yarmarkasında baş verən izdihamda 35 uşaq həlak olub.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 19-da yerli “Punch” nəşri məlumat yayıb.
İzdiham İbadandakı məktəbdə baş verib. İştirakçılar əsas qapıdan tədbirin keçirildiyi yerə çatmağa tələsiblər. Yarmarka 5 min uşaq üçün nəzərdə tutulsa da 7 mindən çox uşaq gəlib.
Oyo ştatının polisi hadisə ilə bağlı araşdırmalara başlayıb və tədbirin əsas təşkilatçılarını həbs edib. Nigeriya prezidenti Bola Tinubu həlak olanların ailələrinə başsağlığı verib və əyalət hökumətini ictimai tədbirlərdə təhlükəsizlik tədbirlərini nəzərdən keçirməyə və gücləndirməyə çağırıb.
QAZİLER.AZ