Şolts və Tramp etiraf ediblər ki, Ukraynada sülhə gedən yolu tapmağın vaxtı çatıb
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Almaniya kansleri Olaf Şolts və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dekabrın 19-da telefonla danışıb və onlar Ukraynadakı münaqişənin həlli yollarını müzakirə ediblər.
“Bu gün kansler Olaf Şolz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla yenidən telefonla danışıb. Müzakirə zamanı əsas diqqət Avropada təhlükəsizlik siyasəti məsələləri olub”, - Almaniya hökumətinin saytında dərc olunan bəyanatda deyilir.
Qərb liderləri razılaşdılar ki, münaqişə çox uzun müddətdir davam edir, ədalətli və davamlı həllə gedən yolu tez tapmaq vacibdir.
QAZİLER.AZ