Hindistanda bərənin hərbi qayıqla toqquşması nəticəsində 13 nəfər ölüb.
Qaziler.az bildirir ki, Hindistanda, Mumbay sahillərində hərbi qayıq turistlərin olduğu bərə ilə toqquşub.
Daily Mail yazdığına görə, 13 sərnişin ölüb, onlarla insan yaralanıb. İnternetdə yayımlanan kadrlarda qayığın dənizdə necə üzdüyünü, daha sonra isə kəskin şəkildə dönərək bərəyə çırpıldığını görmək olar. Daha sonra sərnişin gəmisi çevrilib.
Xəbərdə bildirilir ki, Hindistan qayığının Mumbay sahillərində idarəetməni itirərək bərəyə çırpılması nəticəsində azı 13 nəfər ölüb.
Toqquşmadan sonra genişmiqyaslı xilasetmə əməliyyatı başlayıb, dörd dəniz helikopteri səmada dövrə vurub, 11 döyüş gəmisi və dörd sahil mühafizəsi və polis qayığı sularda qurbanları axtarıb.
Hindistan Hərbi Dəniz Qüvvələri hərbi qayığın sınaqdan keçirildiyini bildirib. Qeyd olunur ki, bərə ilə toqquşma mühərrikdə nasazlıq səbəbindən baş verib.
QAZİLER.AZ