Suriyanın yeni hakimiyyət orqanları Deyr əz-Zor əyalətindən fərarilik etmiş 2,4 min suriyalı hərbçini İraqa qaytarmaq niyyətindədir.
Qaziler.az xəbər verir ki, bu barədə Suriyanın “Al Watan” qəzeti məlumat yayıb.
Onun məlumatına görə, Suriya üzərində nəzarəti bərqərar etmiş silahlı müxalifətin birləşmiş qüvvələrinin əsas komandanlığı Bəşər Əsəd rejiminin devrilməsindən sonra İraq ərazisinə sığınan əsgər və zabitlərin ekstradisiyasına dair İraq hakimiyyəti ilə danışıqlar aparır.
“Sky News Arabia”nın mənbələrə istinadən verdiyi məlumata görə, İraq rəsmiləri fərarilər arasında hökumət ordusunun yüksək rütbəli zabitlərinin olduğuna şübhə edir. Telekanalın məlumatına görə, Suriya silahlı qüvvələrinin komandirləri Suriyanın yeni hakimiyyət orqanlarının təqiblərindən qorxaraq İraqı tərk edərək İrana gedə bilər.
QAZİLER.AZ