Estoniya hökuməti ölkənin xarici işlər naziri Marqus Tsakhnanın ölkə sakinlərinin Rusiya Federasiyası və Belarus ərazisində tədbirlərdə iştirakını qadağan etmək təklifini dəstəkləyib.
Qaziler.az xəbər verir ki, məlumatı ERR portalı yayıb.
Hakimiyyət həmçinin bu cür tədbirlərin keçirilməsinə köməklik göstərməyi və orada iştirakın dəstəklənməsini, onları dəstəkləyən və keçirən təşkilatlardan, qurumlardan və şəxslərdən vəsait almağı qadağan etmək niyyətindədir.
Tsakhna qeyd edib ki, təklif olunan qadağa tədbir təşkilatçıları ilə yanaşı, onların tərəfdarlarına da yönəlib. Qanunu pozanları beş ilə qədər həbs və ya cərimə gözləyir.
QAZİLER.AZ