“Hazırda Rusiyada Ukraynanın özündən daha çox ukraynalı yaşaya bilər”.
Qaziler.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya ukraynalıların köçürülməsini alqışlayır, çünki onlar bizim mədəniyyətimizin insanlarıdır və əslində xalqımızın bir hissəsidir.
Mənə elə gəlir ki, artıq Rusiyada ukraynalılar Ukraynadakı qədər olmasa da, bəlkə də daha çoxdur. Mən zarafat etmirəm, həqiqətən də ola bilər. Mən yeni ərazilərdə, Krımda yaşayanları nəzərdə tuturam. Bizə köçən edənlər də... Bunlar milyonlarla insandır”, - Putin qeyd edib.
QAZİLER.AZ