Abxaziya parlamentinin girişində baş verən atışma zamanı deputat Kan Kvarçia və həmkarı Vaxtanq Qolanziya xəsarət alıblar.
Qaziler.az xəbər verir ki, bu barədə “Nujnaya qazeta” məlumat yayıb.
“Deputatlar Kvarçia və Qolandziya yaralanıb. Respublika Xəstəxanasına çatdırılıblar. Jurnalistlər Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayan zaman idarə rəhbərliyinin cinayətdən xəbəri olmayıb”, - nəşr yazır.
Daha sonra “Nujnaya qazeta” parlamentari Qolandziyanın dünyasını dəyişdiyi barədə məlumat əldə edib
Abxaziya Daxili İşlər Nazirliyindəki mənbə atışma nəticəsində iki deputatın yaralanması ilə bağlı məlumatı təsdiqləyib. Hadisə yerinə əməliyyat-istintaq qrupu gəlib.
QAZİLER.AZ