Fransanın dənizaşırı departamenti olan Mayottada "Şido" qasırğası nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Qaziler.az bildirir ki, bu barədə çərşənbə günü, dekabrın 18-də BFMTV məlumat yayıb.
İlkin rəsmi məlumatlara görə, 1400-dən çox insan xəsarət alıb.
Onlardan 1373 nəfərin yüngül xəsarət aldığı, daha 45 nəfərin təcili yardıma ehtiyacı olduğu bildirilir.
90 ilin ən güclü tropik siklonu olan "Şido" dekabrın 14-də Mayottaya dəyib. Fırtına güclü yağış və 250 km/saata çatan küləklə müşayiət olunub və ən azı 15 min ev işıqsız qalıb. Yerli hakimiyyət orqanları qurbanların ümumi sayının bir neçə minə çata biləcəyindən ehtiyat edirlər.
QAZİLER.AZ