Polşada Milli Nüvə Tədqiqatları Mərkəzində yanğın baş verib. Varşava yaxınlığında yerləşir.
Qaziler.az bildirir ki, bu barədə RMF FM-ə istinadən məlumat yayıb.
Polşa KİV-lərinin məlumatına görə, Mərkəz Varşava yaxınlığındakı Otvok şəhərində yerləşir. Bundan əvvəl üçüncü şirkət tərəfindən icarəyə götürülən laboratoriyada qaz partlayışı baş vermişdi.
Mərkəzin direktoru Qrzeqorz Kşiştoşekin sözlərinə görə, insident nüvə reaktorundan uzaqda, texniki binanın zirzəmisində baş verib. Onun fikrincə, yanğın çox güman ki, “kimsə səhv edib”.
Qeyd edək ki, Milli Nüvə Tədqiqatları Mərkəzi Polşanın ən böyük tədqiqat institutlarından biridir. Polşada yeganə nüvə tədqiqat reaktoru MARİA onun ixtiyarındadır.
QAZİLER.AZ