Rusiya Çinə elektrik enerjisinin satışını dayandıra bilər

Rusiya Çinə elektrik enerjisinin satışını dayandıra bilər backend

Rusiya elektrik enerjisinin Çinə satışı ilə bağlı vəziyyət pisləşib. 2024-cü ilin sonunadək ixracın həcmi bir il əvvəlki 3,1 milyard kVt/saatla müqayisədə 0,9 milyard kVt/saata çata bilər.  

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu "İnter RAO"nun idarə heyətinin üzvü Aleksandra Panina ARVE-nin "Rusiyada bərpa olunan enerji" konfransı çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qışda vəziyyət gərgin olaraq qalacaq: “Çində 2 milyarddan çox azalmamız var. Vəziyyət yaxşılaşmayıb. Hər an sıfıra endirilə bilən minimum tədarükümüz var”, - deyə Panina qeyd edib.

Panina bildirib ki, Çinə elektrik enerjisinin satışının azalması Uzaq Şərq enerji sistemindəki məhdudiyyətlərlə bağlıdır.

QAZİLER.AZ

Diaspora