Madrid hava limanında radioaktiv maddənin olduğu konteyner itdiyinə görə həyəcan təbili çalınıb.
Qaziler.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Dekabrın 15-də İspaniyanın Nüvə Təhlükəsizliyi Şurası (CSN) hava limanına müfəttişlər qrupu göndərib. Konteynerdə rentgen şüaları üçün istifadə olunan izotop olan selenium-75 olub.
CSN müfəttişlərinin sözlərinə görə, radioaktiv maddə təhlükəsiz daşınma qablaşdırmasında olub və insanlar üçün təhlükə yaratmayıb.
QAZİLER.AZ